Masazıra niyə qaz verilmir?

masazira-niye-qaz-verilmir
Oxunma sayı: 860

Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsinin sakinləri bir həftədir qaz verilmədiyi üçün redaksiyamıza müraciət edib. 

Şikayətçilər “Qafqazinfo”ya bildiriblər ki, bu problem qaz sayğaclarının tənzimləyicisi yeniləndikdən sonra baş verib: “Əvvəlki tənzimləyicilər İran istehsalı idi. Dəyişib Gəncə istehsalı qoyublar. Cihazlar işləmədiyi üçün 1 həftədir qaz gəlmir. Dəfələrlə zəng vurmuşuq, şikayətimizin nəzərə alındığını deyirlər. Ancaq nə gələn var, nə gedən”.

“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz”QSC-lə əlaqə saxlayıb. Qurumun mətbuat katibi İbrahim Kərbəlayev problemin tənzimləyicilərlə bağlı olmadığını bildirib: “Tənzimləyicilər yenidir və onlarda hər hansı bir problem yoxdur. Ərazidə qaz məhdudiyyətinin olmasının əsas səbəbi qaz xəttində sızma aşkarlanmasıdır. Hazırda briqada ərazidə işləyir və tezliklə problemi aradan qaldırılacaq”.