Masazırda 15 yaşlı oğlan binadan yıxılıb öldü

masazirda-15-yasli-oglan-binadan-yixilib-oldu
Oxunma sayı: 2541

Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, "Gənclər şəhərciyi", bina 2, mənzil 74 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Hüsüyev Kənan Elşən oğlu 5-ci mərtəbədən yıxılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.