Masazırda ər arvadını qətlə yetirdi

masazirda-er-arvadini-qetle-yetirdi
Oxunma sayı: 2901

Abşeron rayonunda qətl hadisəsi törədilib.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.