Masazırda evdən meyit tapıldı

masazirda-evden-meyit-tapildi
Oxunma sayı: 2475

Abşeronda qapısı bağlı qalan mənzildən meyit aşkar olunub.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatda deyilir.

Məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.