Masazırda oğul atasını bıçaqladı

masazirda-ogul-atasini-bicaqladi
Oxunma sayı: 1820

Abşeron rayonu Masazır kəndi ərazisində bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, Hamlet Həşimov küçəsi ev 15 ünvanında yaşayan Ceyhun Əliyev mənzildə atası, 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğluna bıçaqla 2 dəfə ağır xəsarət yetirib.

Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb. Ceyhun Əliyev şübhəli şəxs qismində tutulub.