Masazırda su borusu partladı - Fotolar

masazirda-su-borusu-partladi
Oxunma sayı: 3304

Masazırda su borusu partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, hadisə qəsəbənin "Qurtuluş-2” yaşayış kompleksinin yaxınlığında baş verib.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələylə bağlı “Qafqazinfo”ya bildirib ki, hazırda magistral su xəttində təmir işləri aparılır. İşlərin tez yekunlaşdırılması üçün isə boruda olan su boşaldılır. 

Qeyd edək ki, təmir işləri ilə əlaqədar olaraq bu gün Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.