Masazırda yanğın - Video

masazirda-yangin
Oxunma sayı: 4355

Abşeron rayonu, Masazır qəsəbəsində güclü yanğın hadisəsi baş verib.

“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, axşam saatlarında yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

1 saata qədər davam edən yanğında xəsarət alan olmasa da, ev tamamilə yararsız vəziyyətə düşüb.

Yanğına səbəb evin isidilməsi üçün kustar üsulla quraşdırılan soba olub.

Yanğın yerindən çəkilən videonu təqdim edirik: