Masazırdakı yanğın söndürüldü - Yenilənib

masazirdaki-yangin-sonduruldu
Oxunma sayı: 1902

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə olan yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.