“Qafqazinfo” xəbər verir ki, bu əlamətdar hadisənin 4-cü ilində Masazır sakinlərinin təklifi ilə Abşeron rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq” in birgə təşkilatçılığı ilə bu günün duz bayramı kimi qeyd edilməsi qərara alınıb.
Elmi konfrans ilə başlayan tədbirdə, millət vəkili Qənirə Paşayeva, “Azərsun Holdinq”in, Abşeron İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin, UNİCEF-in, Azad İstehlakçılar Birliyinin nümayəndələri, kənd ağsaqqalları çıxış ediblər.
Bədii hissə ilə davam edən bayramda daha bir maraqlı məqam is gənc rəssamlar və heykəltəraşlar tərəfindən duzdan hazırlanmış müxtəlif incəsənət əsərləri olub. Burada duzdan hazırlanmış heykəllər və müxtəlif rəsm əsərləri sərgiləndi ki, bu da qonaqlar tərəfindən çox yüksək qiymətləndirildi. Bayramda kənd sakinləri və digər qonaqlar üçün “Azərsun Holdinq” tərəfindən iftar süfrəsi açılıb.
Bayramın sonunda isə “Azərsun Holdinq” tərəfindən gənc rəssamlara və heykəltəraşlara ilk Duz Bayramında iştirak etdiklərinə görə sertifikalar təqdim edilib. Tədbir maraqlı atəşfəşanlıqla yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər