Maşın 6 yaşlı uşağı vurub öldürdü

masin-6-yasli-usagi-vurub-oldurdu
Oxunma sayı: 1250


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, hadisə bu gün günorta saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Fərman Abdullayev “VAZ 2107” markalı avtomobillə prospektlə hərəkətdə olarkən, qəfildən yola qaçan 2008-ci il təvəllüdlü Şəmil Rəşad oğlu Həsənovu vurub. Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.