Maşın ağaca çırpıldı, 25 yaşlı sürücü öldü

masin-agaca-cirpildi-25-yasli-surucu-oldu
Oxunma sayı: 1908

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Sabirkənd kəndi yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində sürücü, Sabirkənd kənd sakini 1995-ci il təvəllüdlü Seyrac Məmmədov aldığı bədən xəsarətləri ilə hadisə yerində ölüb. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli