Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında şəhər küçələrinin birində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yoldan çıxaraq iri ağaca çırpılıb. Qəza zamanı avtomobildə olanlardan biri hadisə yerində dünyasını dəyişib. FHN-nin xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində əzilmiş avtomobildə ölən, eləcə də xəsarət alan şəxsləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hazırda yaralananlar rayon Mərkəzi Xəstəxanasında müalicələrin davam etdirirlər.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər