Maşın ağaca çırpıldı, 27 yaşlı gənc öldü

masin-agaca-cirpildi-27-yasli-genc-oldu
Oxunma sayı: 2102

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 27 yaşlı Vəli Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı ağır bədən xəsarəti alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli