Maşın ağaca çırpıldı, ölən var

masin-agaca-cirpildi-olen-var
Oxunma sayı: 1602

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Seyfəli kəndində hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarında olan ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli