Maşın ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

masin-agaca-cirpildi-surucu-xestexanaliq-oldu
Oxunma sayı: 1464

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Zaqatala rayon Əliabad qəsəbə sakini Babayev Taleh Musa oğlu idarə etdiyi “Lada 21214” markalı  minik avtomobili ilə hətəkətdə olarkən  idarəetməni itirib və nəticədə, avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü Taleh Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov