Maşın ağaca çırpıldı, sürücü yaralandı

masin-agaca-cirpildi-surucu-yaralandi
Oxunma sayı: 1307

Oğuzda avtomobil ağaca çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Məharət Bəşarət oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə, 30 yaşlı sürücü Məharət Məmmədov ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov