Maşın ağaca çırpıldı, yaralılar var

masin-agaca-cirpildi-yaralilar-var
Oxunma sayı: 966

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan ağaca çırpılması nəticəsində 3 nəfər  rayon sakini - 1986-cı il təvəllüdlü Nuriyev İlyas Arif oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Zər Şahin oğlu və 1971-ci il təvəllüdlü Uluxanov Kamran Vəlyəddin oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli