Maşın aşdı, 26 yaşlı gənc öldü

masin-asdi-26-yasli-genc-oldu
Oxunma sayı: 2366

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ağır xəsarət alan sərnişin – 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılan zaman yolda ölüb.

Sürücü 1988-ci il təvəllüdılü Anar Cəfərov isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli