Maşın aşdı, ana və övladları xəsarət aldı

masin-asdi-ana-ve-ovladlari-xesaret-aldi
Oxunma sayı: 1889

Ucarda bu gün axşam saatlarında üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 99 LN 502 dövlət nömrə nişanlı “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri, 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları- 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.