Maşın aşdı, bir ailənin üç üzvü ağır yaralandı

Maşın aşdı, bir ailənin üç üzvü ağır yaralandı
Oxunma sayı: 1354

Ağdaşda “Hyundai” markalı avtomobil qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər sakini,1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlunun idarə etdiyi “Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Nəticədə, avtomobilin sürücüsü E.İmanov, atası İmanov Səxavət Əliş oğlu və anası İmanova Təranə Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hər üç yaralının vəziyyətinin ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli