Maşın aşdı, sürücü altında qaldı

masin-asdi-surucu-altinda-qaldi
Oxunma sayı: 907

Göygöldə 25 yaşlı kişi aşan avtomobilin altında qalıb. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygölün Quşqara kəndi ərazisindən keçən hissəsində baş verib. Kəndin ərazisində olan körpüdən sərt dönən "VAZ" markalı avtomobilin aşması nəticəsində Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Paşayev Həsən Əziz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli