Maşın aşdı, sürücü öldü - Foto

masin-asdi-surucu-oldu
Oxunma sayı: 3184

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy - Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Behbudov Tapdıq idarəetməni itirərək maşını yolun kənarına aşırıb. O, aparıldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli