Maşın aşıb - Yaralananlar var

masin-asib
Oxunma sayı: 766

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsinə gedən yolda baş verib. Stansiya Poylu qəsəbə sakini 1989-cu il təvəllüdlü Nemətəliyev Anar Yusif oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişin  Stansiya Poylu qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.