Maşın atla toqquşdu - Yaralılar var

masin-atla-toqqusdu
Oxunma sayı: 648

Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" report.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Maşlıq kənd sakini, 29 yaşlı Əsədulla Məhəmməd oğlu Alışanov idarə etdiyi "90-BK-347" dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən yolun kənarında duran atı vurub. Nəticədə heyvan ölüb. Qəza zamanı atın sahibi, Babək küçəsi, ev 49-da yaşayan 17 yaşlı Murad İlqar oğlu Kərimov və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.