Bakalən rayonunda minik avtomobili elektrik dirəyinə çırpılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Qullar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Balakən rayonunun Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Nail Əlimərdan oğlu Telliyev “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb.
Nəticədə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Nail Telliyev Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər