Maşın hasara çırpıldı - Ölən var

masin-hasara-cirpildi
Oxunma sayı: 2498

Lənkəran şəhərinin Şirinsu qəsəbəsində “Subaru” markalı minik avtomobili yol kənarında hasara çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Həmzəyev  Sürəddin Mirzağa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.