Bərdədə qəza zamanı 2 nəfər xəsarət alıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Türkmən kəndində baş verib.
Belə ki, şəhər sakini, Xəqani adlı şəxsin idarə etdiyi minik avtomobili daş hasara çırpılıb.
Qəza zamanı sürücü və hələlik şəxsiyyəti məlum olmayan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli


Son xəbərlər
Son Xəbərlər