Maşın kanala aşdı- - Siyəzəndə

masin-kanala-asdi-
Oxunma sayı: 769


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 21 radələrində Siyəzən rayonunun Nardaran kəndində Siyəzən şəhər sakini Əlövsət Babayev “VAZ-21074” markalı avtomobili “Taxta körpü” su anbarından Bakı istiqamətinə gedən su kanalının Ataçay yaxınlığındakı körpünün üzərində idarə edərkən, avtomobil sürüşərək kanala düşüb. Ə.Babayevin sərnişinlərindən - oğlu Əlisgəndər və Xızı rayon sakini  Rəşad Əmirov təxminən 2 km-dən sonra kanaldan çıxmağa nail olublar.

Avtomobil kanaldan çıxarılmış, Ə.Babayevin və digər sərnişini - Bakı şəhər sakini Əlikişi Şirinovun tapılması istiqamətində tədbirlər görülür.

Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.