Maşın kanala aşdı, ər-arvad öldü

masin-kanala-asdi-er-arvad-oldu
Oxunma sayı: 3348

Salyan rayonunda maşının kanala aşması nəticəsində ər və arvad ölüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Salyan rayonunun Sarvan kəndində “Moskviç” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. 

Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib.