Maşın kanala düşdü, sürücü öldü

masin-kanala-dusdu-surucu-oldu
Oxunma sayı: 961


“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirmiş və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 03:40-da başa çatıb.