Maşın motosikletlə toqquşdu, yeniyetmə ağır xəsarət aldı

masin-motosikletle-toqqusdu-yeniyetme-agir-xesaret-aldi
Oxunma sayı: 1297

Balakəndə minik avtomobili motosikletlə toqquşub, 16 yaşlı yeniyetmə ağır xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonu Qabaqçöl qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Talalar kənd sakini, Zəfər Məmmədovun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə rayonun Qaysa kənd sakini, 16 yaşlı Yaşar Adil oğlu Çerçiyevin idarə etdiyi qoşqulu motosklet toqquşub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Y.Çerçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov