Maşın nömrələri belə hazırlanır - Video

masin-nomreleri-bele-hazirlanir
Oxunma sayı: 4938

Dövlət qeydiyyat nişanlarının üzərindəki defis işarəsinin pozulmasına görə dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yoxdur. 

“Qafqazinfo” Xezerxeber-ə istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıq və avadanlıqlar verməklə yol polislərinin rayon şöbələri təlimatlandırılıb. Sürücülər bir ay ərzində istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.

Onu da qeyd edək ki, yol polisi belə sürücülərə gələn ayın 12-ə qədər vaxt verib ki, avtomobillərinin nömrə nişanını standartlara uyğunlaşdırsınlar. Əks halda 50 manat məbləğində cərimə ediləcəklər.