Maşın nömrəsi 158 min dollara satıldı

masin-nomresi-158-min-dollara-satildi
Oxunma sayı: 2531

İsveçrə vətəndaşı Vale kantonunun hökumət orqanı tərəfindən hərraca çıxarılan avtomobilin nömrə nişanına görə ölkə üçün rekord məbləğdə - 158 min dollar ödəyib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hərracın təşkilatçıları nömrə nişanını hərraca bir ay bundan öncə - fevralın 15-də çıxarıb. “VS 1” nömrə nişanı 17 nəfərin diqqətini çəksə də hərracın qalibi “Matrans” təxəllüslü anonim iştirakçı olub. O, 133 min dollarlıq (135 min frank) “SG 1” nömrə nişanına aid ötən rekordu yeniləyib.