Maşın oğruları tutuldu

masin-ogrulari-tutuldu
Oxunma sayı: 958


Binəqədi RPİ CAŞ, 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb. Müəyyən edilib ki, o yanvarın 2- də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən, qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlamışdır. 

Yanvarın 1-də Q.Qarayev prospektində yerləşən bazarın qarşısında Bakı şəhər sakini Natiq Musayevin taksi kimi fəaliyyət göstərdiyi «VAZ-2106» markalı avtomobilə 2 naməlum şəxs minərək onları Bakıxanov qəsəbəsinə aparmağı xahiş edib, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində N.Musayevə bıçaqla hədə-qorxu gələrək avtomobili əlindən alıb aparıblar. Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi «VAZ-2107» markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar. Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum şəxs, Bakı şəhər sakini Sənan Şəmilovun idarə etdiyi «Mercedes» markalı avtomobilə sərnişin kimi minərək Zığ şossesinin Qaraçuxur qəsəbəsi ərazisində S.Şəmilovu bıçaqla hədələyib avtomobili ondan alıb gediblər. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Rəcəbov,  Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov, Kəlbəcər rayon sakini Elşən Orucov və Şəmkir rayon sakini Əfqan Aslanov avtomobillərlə birlikdə tutulublar.

Dekabrın 20-si 2013-cü ildə Bakı şəhər sakini Minayə Nəsirovaya məxsus Gəncə prospektində yerləşən evin quraşdırılmamış dəmir qapısı, yanvarın 7-də Samirə Əliyevaya məxsus mənzil qapısı və yanvarın 10-da isə Yunis Dadaşova məxsus plastik su cəni oğurlanıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əliyev və Mehman Vəliyev tutulublar.