Maşın oğrusu 5 ay sonra tutuldu

masin-ogrusu-5-ay-sonra-tutuldu
Oxunma sayı: 778


“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, aprelin 8-də Natiq Əliyevə məxsus “VAZ-2109” markalı avtomobili Yardımlı rayon sakini Natiq Məmişov qaçırıb.

Onun tutulması istiqamətində polis əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Belə ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyevin avtomobilini qaçıran Yardımlı rayon sakini N.Məmişov tutulub.