Maşın oğrusu tutuldu - Foto

Maşın oğrusu tutuldu
Oxunma sayı: 1417

Quba rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı  nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib. 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi