Bakıda maşın oğurlayan şəxs sükan arxasında ələ keçib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobili qaçırılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər