Abşeron rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb.
Belə ki, şossenin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində "Vaz 21015" markalı minik avtomobili yolu keçən orta yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən sürücü saxlanılıb.
Fakt araşdırılır.
Son xəbərlər
Son Xəbərlər