Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisə martın 7-də saat 1 radələrində baş verib. Rayonunun İkinci Şıxlı kəndinin sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər