Lənkəranda yolu keçmək istəyən piyadanı avtomobil vurub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Lənkəran rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələ ki şəxsiyyəti məlum olmayan yaşlı kişi yolu keçmək istəyərkən “KİA” markalı avtomobil tərəfindən vurulub.
Yaralı sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Hazırda reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər