Maşın piyadanı vurub öldürdü- - Gəncədə

masin-piyadani-vurub-oldurdu-
Oxunma sayı: 1200


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə hadisə fevralın 14-də saat 20 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani İsgəndərov idarə etdiyi “Volksvagen Toureq“ markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən təxminən 40-45 yaşlar arasında olan kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.