Maşın qaçıran 15 yaşlı yeniyetmə bir nəfəri öldürdü

masin-qaciran-15-yasli-yeniyetme-bir-neferi-oldurdu-
Oxunma sayı: 2164


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakini 2000-ci il təvəllüdlü Kamran Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb. O yolda 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub, sonra idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov və A.Vahidov xəstəxanaya yerləşdirilib. T.Seyidov hadisə yerində ölüb, digərlərinin vəziyyətləri ağırdır. 

Murad Əhməd