Maşın qaz borusuna çırpıldı- - Yaralı var+Fotolar

masin-qaz-borusuna-cirpildi-
Oxunma sayı: 1989


“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Oğuz istiqamətində hərəkətdə olan “90-MV-177” dövlət nömrə nişanlı “Hyundai- Santa-fe” markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Avtomobil aşmazdan öncə yolun sağ tərəfindən keçən yeni çəkilmiş qaz xəttinə çırpılaraq borunu qırıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə sürücüdən başqa iki xanım sərnişin də olub. Onlardan biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.