Maşın qaz xəttinə çırpıldı, ölən var - Yenilənib

masin-qaz-xettine-cirpildi-olen-var
Oxunma sayı: 3692

Balakəndə avtomobil qaz xəttinə çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam  radələrində rayonun Kortala kənd ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq qaz xəttinə dəyib. Qəza zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən Balakənin Tülü kənd sakini, 1969-cu il təvəllüdlü Rəşidov Ramil Ramazan oğludur.

Yaralılar:

Sürücü Qadalov Malik Şahruddin oğlu.

Abbasov Namiq Abbas oğlu.

Xocberov Mübariz Həmzət oğlu.

Mübariz Muradov