Maşın qaz xəttinə çırpıldı, yandı - Fotolar

Maşın qaz xəttinə çırpıldı, yandı
Oxunma sayı: 771

Gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azəriqaz məlumat yayıb. Belə ki, "Mercedes" markalı maşın qaz xəttinə çırpılandan sonra yanıb.

Nəticədə, qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi