Maşın restoranın həyətinə aşdı, yaralılar var - Fotolar

masin-restoranin-heyetine-asdi-yaralilar-var
Oxunma sayı: 3564

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Topalhəsənli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq restoranın həyətinə aşıb.

Nəticədə üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlar 1985-ci il təvəllüdlü Vüsal Cəfərov, 1974-cü il təvəllüdlü Teyyub Qocayev və 1985-ci il təvəllüdlü Rac Mamedovdur.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli