Maşın sürüyə çırpıldı, 9 qoyun tələf oldu

masin-suruye-cirpildi-9-qoyun-telef-oldu
Oxunma sayı: 1510

Goranboyda avtomobil qoyun sürüsünə çırpılıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Goranboy–Ağacakənd yolunun rayonun Şəfəq kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik maşını sürüyə çırpılıb. Nəticədə 9 baş heyvan tələf olub, bir neçəsi isə yaralanıb. Məlumata görə, hadisə sürü yaylağa gedən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli