Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, iki avtomobilin toqquşduğu hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar - 1996-cı il təvəllüdlü Sənan Verdiyev, 1997-ci il təvəllüdlü Bəylər Ələkbərov və 2002-ci il təvəllüdlü Fatma Əsədova xəstəxanaya yerləşdirilib.
Hadisə vaxtı avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı obyektə çırpılıb və tikiliyə də ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər