Maşın vuran 4 yaşlı uşaq ölüb

masin-vuran-4-yasli-usaq-olub
Oxunma sayı: 1697

Cəlilabad rayonunda avtomobil vuran 4 yaşlı uşaq vəfat edib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyunun 19-da saat 18 radələrində rayonun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxmış kənd sakini, 4 yaşlı uşağı vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.