Maşın vuran 78 yaşlı qadın öldü- - Bakıda

masin-vuran-78-yasli-qadin-oldu-
Oxunma sayı: 1205


“Qafqazinfo” xəbər verir ki, Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində 131 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nəbi Mahal oğlu Rüstəmov idarə etdiyi 10-SP-081 dövlət nömrə nişanlı, “VAZ 2107 ” markalı avtomobillə yolu keçən piyada, 1937-ci il təvəllüdlü Elmira Rəsul qızı Quliyevanı vurub.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən E. Quliyeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.